Modern.az

Bakının girişində böyük tıxac - rayonlara gedənlər geri qayıdır - VİDEO

Bakının girişində böyük tıxac - rayonlara gedənlər geri qayıdır - VİDEO

Aktual

16 İyun 2020, 08:31

Həftəsonu sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edilməsi ilə bağlı rayonlara üz tutan paytaxt sakinlərinin geri qayıtması Bakı-Ələt postunda tıxaca səbəb olub.

 

Modern.az xəbər verir ki, səhər saat 06:00-dan başlayaraq yaranmış tıxacın uzunluğu hazırda bir neçə kilometrə çatır.

 

Bəzi sürücülər tıxacdan çıxa bilmək üçün kənar yollardan istifadə edir.

 

Qeyd edək ki,  Azərbaycanın bir neçə iri şəhər və rayonlarında, eləcə də, Bakıda həftəsonu sərt karantin rejiminin tətbiq edilməsi barədə qərar qəbul edilmiş. Karantin rejimi başa çatdığından gedənlər geri qayıdır.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?