Modern.az

İcra məmurlarının maddi təminatı və sosial müdafiəsi gücləndirilir

İcra məmurlarının maddi təminatı və sosial müdafiəsi gücləndirilir

Aktual

16 İyun 2020, 09:46

Azərbaycanda icra məmurlarının maddi təminatı və sosial müdafiəsinin gücləndirilməsi təklif olunur.

 

Modern.az xəbər verir ki, bununla bağlı “İcra məmurları haqqında” qanuna yeni məzmunda dördüncü hissə əlavə edilir.

 

Dəyişikliklə, müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həmçinin probasiya xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə cərimə və islah işləri növlərində cəzaların, habelə hüquqi şəxslərətətbiq edilən cərimə növündə cinayət-hüquqi tədbirlərin icrası ilə əlaqədar daxil olan vəsaitin 43 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürüləcək. Bu vəsaitdən istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.(Report)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?