Modern.az

Sumqayıtda koronavirus xəstələrinin görüntüləri yayıldı - VİDEO

Sumqayıtda koronavirus xəstələrinin görüntüləri yayıldı - VİDEO

Aktual

16 İyun 2020, 11:19

Sumqayıtda koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanadan görüntülər yayılıb.

 

Modern.az xəbər verir ki, görüntülər şəhərin 1 saylı Xəstəxanasında çəkilib. Videoda görünən pasiyentlərin COVID-19 xəstələri olduğu iddia edilir.

 

Xəstəxananın reanimasiya şöbəsində çəkildiyi iddia edilən görüntülərin tibb işçisi tərəfindən lentə alındığı ehtimal olunur. Məsələ ilə bağlı sualları “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva cavablandırıb.

 

O bildirib ki, sözügedən məsələ ilə bağlı başlayan araşdırma yekunlaşıb:

 

“Aparılan araşdırmalar nəticəsində Sumqayıt şəhər 1 saylı Xəstəxanasının reanimasiya şöbəsindən video çəkən tibb bacısı müəyyən edilib. Aidiyyəti üzrə həmin tibb bacısı etdiyi əmələ görə inzibati qaydada cəzalandırılıb”.(oxu.az)

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?