Modern.az

Bakıda məcburi köçkünü cərəyan vuraraq öldürdü

Bakıda məcburi köçkünü cərəyan vuraraq öldürdü

Aktual

16 İyun 2020, 11:25

Bakıda sanatoriyada ölüm hadisəsi baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Pirşağı qəsəbəsindəki Qızıl Qum sanatoriyasında baş verib.

 

Həmin sanatoriyada məskunlaşan, Laçın rayonundan olan məcburi köçkün, 1967-ci il təvəllüdlü Abbasov Surxay Bəhlul oğlu məskunlaşdığı evdə soyuducunu təmir edərkən elektrik cərəyanı vurub. S.Abbasov 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilərkən orada ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?