Modern.az

Videodakı şəxs Bəhram Bağırzadə deyil - RƏSMİ MƏLUMAT

Videodakı şəxs Bəhram Bağırzadə deyil - RƏSMİ MƏLUMAT

Aktual

16 İyun 2020, 11:56

Mərkəzi Gömrük Hospitalı sosial şəbəkələrdə yayılan bir videoda tibbi müdaxiləyə məruz qalan şəxsin əməkdar artist Bəhram Bağırzadənin  olduğu barədəki iddiaya münasibət bildirib.

 

Modern.az xəbər verir ki, Hospitalın Mətbuat xidmətindən bildirilib ki, görüntülərin tibb müəssisəsinə heç bir aidiyyəti yoxdur və Mərkəzi Gömrük Hospitalında çəkilməyib.

 

Qeyd edək ki, Azərbaycanın əməkdar artisti Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

 

Əməkdar artistin 90%-dən çox ağciyər toxumasının zədələndiyindən onu ECMO cihazına qoşublar.

 

B.Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?