Modern.az

Bələdiyyə qərarlarının surətləri Ədliyyə Nazirliyinə göndəriləcək

Bələdiyyə qərarlarının surətləri Ədliyyə Nazirliyinə göndəriləcək

Aktual

16 İyun 2020, 17:32

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna dəyişiklik edilir.

 

Modern.az-ın məlumatına görə, adıçəkilən qanunun 6-cı maddəsinə təklif olunan dəyişiklik qərarlarının surətlərini bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana 5 iş günündən gec olmayaraq göndərilməsindən ibarətdir. Məqsəd bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin artırılmasıdır.

Qüvvədə olan Daxili Nizamnaməyə əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan hər ilin sonunda öz fəaliyyəti haqqında Milli Məclisə illik məruzə təqdim edir.

 

Layihəyə əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan hər ilin yekunu üzrə öz fəaliyyəti haqqında Milli Məclisə illik məruzə təqdim edəcək.

 

Qeyd edək ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan Ədilyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzidir.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?