Modern.az

Bu gün səhər 24 marşrut xətti üzrə avtobuslarda ciddi gecikmələr olub - BNA

Bu gün səhər 24 marşrut xətti üzrə avtobuslarda ciddi gecikmələr olub - BNA

Aktual

16 İyun 2020, 18:08

Xüsusi karantin rejiminin bitməsi ilə əlaqədar iyunun 16-sı səhər saatlarından Bakı şəhərinin giriş və çıxışlarında nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.

 

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev Modern.az-a bildiriib ki, uzun növbəli tıxacların olması cənub və şimal istiqamətindəki ətraf qəsəbələrdən gələn 24 müntəzəm marşrut xətti üzrə avtobuslararası intervalda ciddi gecikmələrə səbəb olub:

 

"Bildiririk ki, Bakı şəhərinin giriş və çıxışlarında mövcud vəziyyətin yaranması xüsusi karantin rejimi dövründə fəaliyyətinə icazə verilən sahələrdə çalışan bəzi şəxslərin onlara verilən bu imtiyazdan sui-istifadəsi ilə bağlıdır. Avtomobilləri ilə hərəkətlərinə icazə verilməsindən şəxsi maraqlar üçün istifadə edən həmin vətəndaşlar sərtləşdirilmiş rejim günlərindən öncə qeyri-qanuni olaraq respublikanın müxtəlif regionlarına gediblər".

 

Bu cür sui-istifadə hallarının yolverilməz olduğunu qeyd edən BNA rəsmisi vətəndaşlara xüsusi-karantin rejimi qaydalarına anlayışıla yanaşmağı tövsiyə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?