Modern.az

İspaniya La Liqası: “Barselona” qələbə qazandı

İspaniya La Liqası: “Barselona” qələbə qazandı

Aktual

17 İyun 2020, 08:46

İyunun 16-da futbol üzrə İspaniya La Liqasının 29-cu turunun oyunları keçirilib.

 

Modern.az xəbər verir ki, lider “Barselona” öz meydanında “Leqanes” komandasını qəbul edib.

Görüş Kataloniya təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

“Barselona”nın heyətində Ansu Fati (42) və Lionel Messi (69) fərqləniblər. Görüşün 64-cü dəqiqəsində Antuan Qrizman 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməyib.

Bu qələbədən sonra xallarının sayını 64-ə çatdıran “Barselona” liderliyini davam etdirir.

 

Turun ilk oyun günündə aşağıdakı hesablar qeydə alınıb:

 

“Real Betis” - “Qranada” - 2:2;

“Xetafe” - “Espanyol” - 0:0;

“Villareal” - “Malyorka” - 1:0.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir