Şimali və Cənubi Koreya arasında münasibətlər yenidən gərginləşib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi Seul Şimalı Koreyanın bəyanatalarına daha dözməyəcəklərini bildirib.
“Şimali Koreyanın məntiqsiz açıqlamaları və addmlarına bundan sonra dözmək fikrimiz yoxdur”- deyə Cənubi Koreyanın prezident administrasiyasının rəsmisi Yu Don Xan söyləyib.
Onun sözlərinə görə, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim E Çjon aqressiv bəyənatları ilə tərəflər arasında gərginlik yaradır.