Modern.az

Ermənistanda koronavirusa yoluxanların sayı 18 mini ötdü

Ermənistanda koronavirusa yoluxanların sayı 18 mini ötdü

17 İyun 2020, 11:00

Ermənistanda koronavirusa yoluxanların sayı 18 033 nəfərə çatıb.

 

Modern.az erməni mətbuatına istinadən məlumat verir ki, son sutka ərzində 544 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 9 nəfərin ölümü qeydə alınıb.

 

Bu günədək Ermənistanda 302 nəfər koronavirusdan ölüb, 10 917 nəfərin müalicəsi isə davam edir.

 

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyulun 13-dək uzadılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?