Modern.az

Bakıda gözəllik salonu və ofis soyuldu

Bakıda gözəllik salonu və ofis soyuldu

17 İyun 2020, 12:32

Bakıda gözəllik salonu və ofisdə oğurluq hadisəsi baş verib.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Belə ki, oğurluq etdiyinə görə tutulan S.Pənahovun ətrafında Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onun rayon ərazisindəki 1 gözəllik salonundan 1 700 manat pul və 1 ofisdən 170 manat pul, 250 manat dəyərində mobil telefon və qol saatı oğurlaması da müəyyən edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?