Yanvar-may aylarında ölkəyə 1852 elektriklə işləyən nəqliyyat vasitəsi gətirilib.
Bu barədə Modern.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Bildirilib ki, bu nəqliyyat vasitələrindən 1771-i daxili yanma mühərriki ilə yanaşı, elektrik mühərriki ilə də hərəkətə gətirilən, 81-i isə yalnız elektrik mühərriki ilə işləyən nəqliyyat vasitəsidir.