Modern.az

Kömək edən fədakar tibb işçilərimiz!

Kömək edən fədakar tibb işçilərimiz!

17 İyun 2020, 12:50

Bu gün Respublkamızda 17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür. Dünyada COVID-19 pandemiyasının davam etdiyini nəzərə alaraq tibb işçilərinin əməyi danılmazdır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın səhiyyə sahəsinə göstərdikləri diqqəti unutmamalıyıq. İstər həkimlərimizin sosial vəziyyətinin yaxşılasmasından tutmuş, istərsə də ölkə səhiyyəsinin maddi texniki bazasının güclənməsinə qədər olan məsələlər.

 

Səhiyyəmiz, həkimlərimiz, tibb işçilərimiz gecə-gündüz yoluxan şəxslərin sağalması üçün əsl fədakarlıq nümünəsi göstərərək həyatlarını riskə atırlar. Ancaq həkimlərimizin biz vətəndaşlardan bir umacağı da vardır o da, özümüzü, yaxınlarımızı və doğmalarımızı bu qəddar, hiyləgər koronavirusdan qorumaq. Həm də biz bunu etməklə dəyərli tibb işçilərimizi qorumuş oluruq. Ona görə də qoyulan tələblərə gərək şərtsiz riayət etməliyik.

 

Ancaq sosial məsafəni gözləməklə, qapalı məkanlarda qoruyucu maskalardan istifadə etməklə, əlləri tez tez yumaqla və dezinfeksiyaedici vasitələrdən tətbiq etməklə bu virusa qalib gələ bilərik. Bundan əlavə immunitetimizi möhkəmləndirmək üçün düzgün qidalanmalı və immunomodulyator dərman preparatlarla bədənimizi gücləndirməliyik.

 

Hesab edirəm ki, bununla biz çox iş görmüş olacayıq. Hörmətli tibb işçilərimiz! Peşə borcunuzu yerinə yetirməklə insanlara yeni həyat bəxş edirsiz. Bir daha 17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə bütün həmkarlarımı təbrik edirəm.

 

Nicat Xəlilov,

Azərbaycan Tibb Universitetinin doktorantı

 

 

 

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?