Modern.az

TƏBİB-dən “Semaşko”nun bağlanması xəbərinə REAKSİYA

TƏBİB-dən “Semaşko”nun bağlanması xəbərinə REAKSİYA

17 İyun 2020, 14:42

Kliniki Tibbi Mərkəz koronaviruslu xəstələrin müalicəsi ilə bağlı fəaliyyətini davam etdirəcək.

 

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Modern.az-a bildirib ki, KTM pandemiya dövründə bu istiqamətdə fəaliyyət göstərib, hazırda isə digər şöbələr də bu prosesə cəlb edilib:

 

“Xəstəxanada müalicə alan digər xəstələr aidiyyəti üzrə digər xəstəxanalara köçürüləcək. Yeni müraciət edən xəstələr isə Respublika Klinik Xəstəxanasına, 6 saylı Şəhər Xəstəxanasına, eyni zamanda Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə müraciət edə bilərlər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?