Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq, Azərbaycanın milli aviadaşıyıcısı iyunun 17-də Moskvadan Bakıya daha bir çarter reysi yerinə yetirib.
Modern.az xəbər verir ki, həmin reyslə vətənə 152 Azərbaycan vətəndaşı qayıdıb.
Paytaxta gəldikdən sonra sərnişinlər karantinə yerləşdirilib.