Modern.az

Səhiyyə naziri koronavirusa YOLUXDU

Səhiyyə naziri koronavirusa YOLUXDU

18 İyun 2020, 08:41

Hindistanın Dehli milli paytaxt dairəsinin Səhiyyə naziri Satyendar Cayn koronavirusa yoluxub.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki,Cayn yüksək hərarət, öskürək və tənəffüs problemləri ilə hospitalizə edilib. Nazir ixtisaslaşdırılmış klinikada müalicə olunacaq.

 

Ötən bazar günü o, Hindistanın Daxili İşlər naziri Amit Şah, ölkənin Səhiyyə naziri Harş Vardxan və Dehli hökumətinin başçısı Arvind Kedcrivalın da qatıldığı görüşdə iştirak edib.  

 

Qeyd edək ki, indiyədək Hindistanda 356 372 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 11 954-ü vəfat edib, 187 718-si sağalıb. Tibb müəssisələrində 156 700 nəfərin müalicəsi davam etdirilir. Onlardan 8 944-nün vəziyyəti ağır qiymətləndirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?