Modern.az

Qubada iki yük maşını toqquşdu, ölən var

Qubada iki yük maşını toqquşdu, ölən var

18 İyun 2020, 09:37

Quba rayonunda iki yük maşını toqquşub.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Susay kəndində baş verib. Aydəmirov Samir Nadir oğlu idarə etdiyi "Tatra" markalı yük avtomobilini geriyə hərəkət etdirərkən arxa tərəfdə dayanan İmanov Səxavət Məmmədağa oğlunun idarə etdiyi "Tatra" markalı yük avtomobilinə çırparaq aşırıb.

 

Hadisə nəticəsində S.Aydəmirov, digər sürücü S.İmanov, həmçinin sərnişin Məmmədov İlkin Sədi oğlu ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. İ.Məmmədov xəstəxanada dünyasını dəyişib.

 

Faktla bağlı cinayət işi başlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?