Koronavirus pandemiyası ilə əlaqədar bu həftə sonunda sərt karantin tədbirlərinin tətbiq edilməsi ilə bağlı qərar verilməyib.
Bunu Modern.az-a açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, bu barədə qərar olan kimi ictimaiyyətə açıqlama veriləcək:
“Hələlik dəqiqləşmiş məlumat yoxdur”.
Qeyd edək ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı daha əvvəl Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə bu həftənin cümə və şənbə günlərində sərt karantin rejimi tətbiq oluna biləcəyini demişdi.