Modern.az

Necə edək ki, virus axırımıza çıxmasın? - Həkim vacib TÖVSİYƏLƏR VERDİ

Necə edək ki, virus axırımıza çıxmasın? - Həkim vacib TÖVSİYƏLƏR VERDİ

18 İyun 2020, 12:06

“Virus sürətlə yayılmaqda davam edir. Hətta deyərdim ki, yenidən mutasiyaya uğrayıb ya da daha çox insan yoluxdurduqca, aktivləşir. Görmüşük ki, suçiçəyi ya qızılca virusu yayılanda, bir evdə üç uşaq yoluxanda ilk xəstələnən ilə son xəstələnən arasında fərq olur, yəni xəstəlik yayıldıqca, əlamətlər sönür və epidemiya bitir. Bu virusda isə əksini görürük. Sanki virusa tapşırıq da verilib: “Uşaqlara dəymə””.

 

Modern.az-ın məlumatına görə, bunu pediatr Aytən İsmayılzadə son günlər ölkədə “COVİD-19” virusuna yoluxanların sayının artmasına münasibət bildirərkən deyib:

“Son üç gundə yoluxma barədə çoxsaylı müraciətlər almışam. Bununla bağlı konkret məsələləri sizin nəzərinizə çatdırmaq istəyirəm. Biz azıq, çox az. Yaxşılı-pisli mədəniyət, elm, siyasi xadimlərimiz də Bakıdadır. Elə virus da daha çox Bakıdadır. İtirəcəyimiz insanların yerini doldura bilməyimiz çox zaman alacaq. Elə insanları itirə bilərik ki, onların yeri heç dolmaz. Bəlkə hardasa Məhəmməd Əmin, Üzeyir, Mubariz var. Onları da görmədən itirə bilərik. Qısacası, necə edək ki, virus axırımıza çıxmasın. Virusa yoluxdunuzmu vaxt itirmək olmaz. Nə cavanlığımıza, nə cinsimizə, nə sağlam biri olmağımıza güvənə bilərik. Virusun kimlə necə oyun oynayacağını bilmək olmur. Risk qrupuna daxil olanları bilirsiniz”.


Həkim vətəndaşların daha çox bilməli olduqlarını da sadalayıb:

“- Virus əlaməti 37 hərarət ilə başlayır. “Yəqin dondurmanı çox yedim , soyuqlamışam” deməyin. Epidemiya dövründə ehtimal olunan hər xəstəliyi kənara qoyuruq. Hərarət varsa, “COVID-19” var deyirik. İlk növbədə özünüzü izolyasiya edəcəksiniz. Hərarətli ikən liftə minmək, ictimai nəqliyyatdan istifadə etmək, aptekə gedib dərman almaq olmaz. Maskanız olsa belə olmaz!

- Əgər ailəlisinizsə və ailədə hər kəslə yaxın-uzaq kontaktınız olubsa, ailəlikcə izolyasiya olunursunuz. Hərarəti olmayanlar da həmçinin. Siz evdə qalın, qaynana-qaynata dərman gətirsin? Olmaz.


- Vəziyyətiniz barədə tanıdığınız həkimə, sahə həkiminizə məlumat verin. Mənimlə də bildiyiniz sosial şəbəkə hesabımdan yaxud nömrəmlə əlaqə saxlaya bilərsiniz. Mümkün qədər tez zamanda istiqamət verməyə çalışacam. Bu günlərdə bəlkə də günümün yarısı telefonda sizə xidmət üçün keçir.

- Evdə izolyasiya zamanı 103-ə zəng vurun demirəm. Artıq bizə statistika da lazım deyil. Gəlib analiz göturəndə onlar da yoluxacaq, sonra gedib başqalarını yoluxduracaq ya da özləri risk altında olacaqlar. Siz ən yaxşısı hərarət oldusa özünüzü Covid bilin və panikaya düşmədən doğru addımlayın.

 - Evdə izolyasiya olsanız da sizə dərman lazım olacaq. Dərmanları evə çatdırma edən aptek şəbəkələrindən istəyə bilərsiz. Uzaq məsafəni saxlamaqla gələn kuryerdən dərmanları qəbul edin. Kuryer isə sizdən ödənişi online olaraq qəbul etsə yaxşı olar.

- Dadbilmə, iybilmə hissiyatınız itsə də, yeməkdən imtina etməyin. Bol maye, meyvə tərəvəz, zulallı qidalar yeyin.


- Nəyi bilirsinizsə edin: zoğallı, moruqlu çay, qarqara, soğan - sarımsaq və. s. Dərmanı isə həkim deyəcək. Burdan yazmıram. Çünki bunun hamiləsi var, südverəni var, uşağı var, qocası var, həm də yanaşı xəstəliyi olanları da var. Vitamin C-ni isə unutmayın. İndiyədək istifadə edib heç bir reaksiyanız olmayıbsa, özünüz də onu ya venaya ya əzələyə vura bilərsiniz.


- COVID-19 ehtimalımız varsa, ağciyərləri yoxlamalıyıq. KT olunmalıdır, ya heç olmasa rentgen. Amma necə və harda? Xəstə liftdə qonşunu, maşında sürücünü, qəbulda qəbul xanımlarını, KT-də texniki və həkimi yoluxdura bilər.
Buna görə təklif edirəm ki, məhz virus ehtimalı olan xəstələrin yoxlanılması üçün yerlər ayrılsın. Xəstələrin yatırıldığı yerlərdə deyil, çünki insanlar ora “bəlkə heç məndə yoxdur, gedib yoluxaram” deyəcək.


- Evdə qaldığınız müddətdə elə xəstəxanada ediləcək müalicəni ala biləcəksiniz. Bunun üçün virus əleyhinə olsa əla, olmasa da orta təsirli prepatatlar, hormonal preparatlar və s var. Arbidol tapılmır deyib panikaya düşməyin. Başqa alternativlər var. Onun da tərkibi umifenovirdir.
Amma özünüz erqoferon, viferon, ukraferon, engistol kimi yüngül preparatlar istifadə edə bilərsiz. “Ay onların mənası yoxdu, ay onlar sübut edilməyib" deməyin.


- Evdə qaldığınız müddətdə vəziyyətinizlə bağlı əlamətləri şişirtmədən sahə həkiminizə, yaxud əlaqəniz olduğu həkimə bildirin. Onun ya da tibb bacısının evə gəlməyinə çalışmayın.


- Evdə qalıb müalicə almaq yanaşı ciddi xəstəliyi olmayanlara aiddir. Şəkərli diabeti, astma, piylənmə, yüksək təziyq, ürək xəstəliyi olanlar xəstəxanaya aparılmalıdır. Çünki onlarda laxtalanma sistemi pozulur, yanaşı antibiotiklər, İnhalyasiyalar lazım olur, tez müdaxilə edilməzsə vəziyyətdən çıxmazlar.


- Bir də bu vəziyyətdə evdə nə qədər qalaq soruşursuz. Minimum 21 gün evdə izolyasiyada qalmalısız.


- Uşağı yoluxan analar, stressə düşməyin. Dörd aylıq körpə belə bir günə vəziyyətdən çıxıb. Siz stressə girib öz immunitetinizi zəiflədərsiz, ağırlaşarsız və körpənizi anasız qoyarsız”.

 

Pediatr qeyd edib ki, bunları insanlara deməsi və müraciətlərə açıq olduğunu bildirməsi həkim olaraq borcudur:

“Məlumatları pediatr olaraq özbaşına deyil, COVID-19 cəbhəsində döyüşən həkim yoldaşlarla müzakirədən sonra paylaşıram”.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?