Modern.az

Netanyahu İordan çayının Qərb sahilini zəbt etməyin 4 variantını təklif edib

Netanyahu İordan çayının Qərb sahilini zəbt etməyin 4 variantını təklif edib

18 İyun 2020, 13:12

İsrailin baş naziri Binyamin Netanyahu qapalı görüşdə İordan çayının Qərb sahilindəki ərazinin zəbt etmək üçün dörd variant təqdim edib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu ilə görüşdə ölkənin Müdafiə naziri Benni Qans və Xarici işlər naziri Qabi Aşkenazi içtirak ediblər. Netanyahu onlarla dörd ssenari ilə bölüşüb. Bura dərhal ərazinin 30%-inin tutulmasından, simvolik olaraq kiçik bir ərazinin zəbtinə qədər plan daxildir.

İsrail lideri bu məsələdə ABŞ-dan dəstək gözləyir. Vaşinqton isə yalnız yəhudi dövlətinin bütün aparıcı siyasətçilərini qane edəcək planı dəstəkləməyə hazır olduğunu bildirib. Amma hələki buna nail olunmayıb. Qans və Aşkenazi istənilən hərbi müdaxilə əleyhinə olduqlarını və fələstin əhalisi ilə razılığa gəlmək istəyirlər. Ona görə də görüş nəticəsiz qalıb. Yaxın vaxtlarda siyasətçilərin yenidən toplanması gözlənilir.

İyunun 3-də İsrail İordan çayının Qərb sahilinin tutulması üzrə əməliyyatın hazırlığına başlayıb. Netanyahu bu ərazidə “suverenliyin yayılması” planının iyulun 1-də həyata keçirələcəyini bildirib. Baş nazirin fikrincə, indi İsrail dövləti yarandığı 1948-ci ildən etibarən ilk dəfədir ki, İudeya və Samariyada öz suverenliyini təsdiqləmək üçün misilsiz tarixi imkan əldə edib.

1967-ci ildən sonra İordan çayının qərb sahilində İudeya və Samariyada İsrail məntəqələri salınıb. BMT-nin Təhlükəsizlik şurası bu əraziləri işğal olunmuş bölgələr hesab etsə də, İsrail buranı mübahisəli yer kimi qəbul edir.

 A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI