Azərbaycan prezidenti İlham Əliyev Ukrayna rəsmi səfər edəcək. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, səfər 2020-ci ilin sonuna qədər baş tutacaq.
Səfər barədə razılıq Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Ukrayna xarici işlər nazirinin müavini Vasili Bodnarın videokonfrans formatlı görüşü zamanı müzakirə olunub.