Modern.az

İTV-nin də 2 əməkdaşı virusa yoluxdu

İTV-nin də 2 əməkdaşı virusa yoluxdu

18 İyun 2020, 15:40

“İTV-də də koronavirusla yoluxma şübhəsi olan əməkdaşlarla bağlı test verilib və onlardan ikisində nümunələr pozitiv çıxıb. Hazırda həmin şəxslər həkim nəzarətində müalicə alırlar”.

Bu barədə Modern.az-a İctimai Televiziyanın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aynurə Asimqızı bildirib.

 

Qeyd edib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti pandemiya elan edilən gündən etibarən şirkətdaxili gücləndirilmiş qoruyucu tədbirlər həyata keçirməkdədir.

“Operativ Qərargahın bununla bağlı təlimatlarına uyğun olaraq şirkətin inzibati binası mütəmadi dezinfeksiya edilir, binaya daxil olan hər kəsin bədən hərarəti ölçülür, hər kəs xüsusi dezinfeksiyaedici mayelərlə və qoruyucu maskalarla təmin edilir".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?