Modern.az

 Operativ Qərargah: “Tətbiq edə biləcəyimiz \"A\", \"B\",\"C\" planlarımız var”

 Operativ Qərargah: “Tətbiq edə biləcəyimiz \

18 İyun 2020, 18:54

“Hazırda açıqlanan qərar yeni deyil. Bu yanaşama əvvəlcədən də bəyan etdiyimiz kimi epidemioloji situasiyadan asılı olan qərardır”.

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB)İdarə heyətinin sədri Ramin Bayramlı bildirib.

 

R.Bayramlı deyib ki, vəziyyət ürəkaçan deyil və məhdudiyyətlərin tətbiqini zəruri edir:

"Dünya üzrə COVİD-19 virusunun yayılması tendensiyası müşahidə edilir. Bu baxımdan da tətbiq edə biləcəyimiz "A", "B","C" planlarımız var".

 

O qeyd edib ki, son iki həftəsonu tətbiq edilən qapanmalar xarici ölkələrin təcrübəsinə əsaslanır:

"Bu bizə uzunmüddətli məhdudiyyətlərin tətbiqi üçün vaxt qazanmağa imkan verdi".

Apreldə tətbiq edilən məhdudiyyətlər sayəsində səhiyyəmizin strukturlarının vəziyyətə hazılanması üçün zaman qazandıq".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?