"Əksəriyyət qaydalara riayət etsələr də, hələ də maska taxmayanlar var".
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı bildirib.
O deyib ki, hələ də yas mərasimlərində kütləvi toplaşanlar var:
"Vətəndaşlarımıza müraciət edərək, qoyulan qaydalara riayət etməyə çağırırq. Xüsusilə ağır vəziyyətdə xəstəxanalara daxil olan və intensiv terapeya tələb edən xəstələrimiz var. Onlarda çox ciddi ağciyər zədələnmələri olur. Gecikdirilmiş xəstələrdə yuxarı tənəffüs yollarında infeksiya aşkarlanmasa da, aşağı tənəffüs yollarında virus müşahidə edilir. Virus orqanizmi zədələdiyindən orqan zədələnmələri qeydə alınır. Bizim açıqladığımız test sayında onlar qeyd olunmur".