Modern.az

İmişlidə ferma yandı: 60 baş mal-qara tələf oldu

İmişlidə ferma yandı: 60 baş mal-qara tələf oldu

18 İyun 2020, 20:14

İmişli rayonunun Xəlfəli kəndində yanğın hadisəsi baş verib.

Modern.az xəbər verir ki, fermer Ədalət Müzəffər oğlu Quliyevə məxsus fermada yanğın başlayıb.

Hadisə nəticəsində 60 baş iribuynuzlu mal-qara yanaraq məhv olub. Hadisə yerinə İmişli rayon yanğından mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb, 250 baş heyvan xilas edilib.

Faktla bağlı araşdırma aparılır. (Report)

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?