Modern.az

Türkiyədə COVİD-19-dan ölənlərin sayı 4 882 nəfərə çatdı

Türkiyədə COVİD-19-dan ölənlərin sayı 4 882 nəfərə çatdı

18 İyun 2020, 22:14

Türkiyədə son sutka ərzində daha  21  nəfər koronavirusdan ölüb.


Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.


Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 882 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçənlərdən 1 304-nün cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  184 031  nəfərə çatıb. Müalicə olunan 1 382 xəstə isə bu gün evə buraxılıb. İndiyədək  156 022  nəfər koronavirusdan müalicə olunub".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?