Modern.az

Türkiyə kubokunun yarımfinal mərhələsi yekunlaşdı

Türkiyə kubokunun yarımfinal mərhələsi yekunlaşdı

18 İyun 2020, 23:59

Türkiyə kubokunun yarımfinal mərhələsi yekunlaşıb.

Modern.az  xəbər verir ki, kubokun ikinci finalçısı Alanyada müəyyənləşib.

“Antalyaspor”u qəbul edən “Alanyaspor” rəqibini darmadağına məruz qoyub. Papis Demba Sissenin het-trik etdiyi görüşdə meydan sahibləri 4:0 hesablı qələbəyə sevinib.

Martda keçirilən səfər qarşılaşmasında da qalıb gələn (1:0) alanyalılar finala yüksəlib. Tarixində ilk dəfə həlledici matça vəsiqə qazanan komandanın rəqibi “Trabzonspor” olacaq. Görüş iyulda baş tutacaq.

Qeyd edək ki, digər yarımfinal cütündə “Fənərbaxça” ilə görüşən “Trabzonspor” da hər iki qarşılaşmada qalib gəlib – 2:1, 3:1.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?