Modern.az

Ordumuzun zabitləri Şahdağ zirvəsində - VİDEO

Ordumuzun zabitləri Şahdağ zirvəsində - VİDEO

24 İyun 2020, 17:35

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranmasının 102-ci ildönümünü münasibətilə Şahdağ zirvəsinə “Bir əsr Vətən keşiyində” adlı alpinizm ekspedisiyası təşkil olunub.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, ekspedisiya çərçivəsində Hərbi Hava Qüvvələrinin zabitləri polkovnik-leytenant Zal Nəbiyev və baş leytenant Ülvi Məmmədli, həmçinin Azərbaycan Alpinizm Federasiyasının alpinisti Nemət Ağayev Quba rayonu ərazisindəki Şahdağ zirvəsinə yürüş ediblər.



 

Dəniz səviyyəsindən 4243 metr yüksəklikdə yerləşən Şahdağ zirvəsinə qalxan alpinistlər burada Azərbaycan Respublikasının üçrəngli bayrağını, Azərbaycan Ordusunun və Hərbi Hava Qüvvələrinin bayraqlarını dalğalandırıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?