Rusiya paytaxtında koronavirusa yoluxanların sayı artıb.
Modern.az xəbər verir ki, bu gün Moskvada COVİD-19-dan 25 nəfər dünyasını dəyişib.
Məlumata görə, bununla da paytaxtda eyni diaqnozdan ölənlərin sayı 3 694-ə çatıb.
Qeyd edək ki, Rusiyada indiyədək 613 994 nəfərdə koronavirus aşkar olunub. Son sutkada daha 7 113 nəfər bu virusa yoluxub, 92 nəfər də virusun qurbanına çevrilib. Ölənlərin sayı isə 8 605 nəfərdir, indiyədək 375 164 nəfər sağalıb.