Modern.az

Təkər üzərində 20 kvadratmetrlik mobil ev

Təkər üzərində 20 kvadratmetrlik mobil ev

Aktual

28 İyun 2020, 10:51

Kiçik mobil evlər üzrə ixtisaslaşan “Baluchon” fransız memarlıq şirkəti 20 kvadratmetr sahəsi olan “Odyssee” layihəsini təqdim edib.

 

Modern.az “novate.ru” saytına istinadla bildirir ki, təkər üzərindəki rahat ev 3 nəfərlik ailəyə hesablanıb.

 

Evin yuxarı hissəsində ikinəfərlik çarpayı, əks tərəfdə isə qonaq otağı yerləşir. Burada divan, miniatür jurnal stolu var. Aşağıda – mərkəzi hissədə isə mətbəx yerləşir. Modul evin inşasında təbii ağacdan istifadə olunub.

 

Onun qiyməti isə içərisindəki mebellə birgə 49 min 800 ABŞ dollardır.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?