Modern.az

Meksikada drenaj borularından otel tikildi

Meksikada drenaj borularından otel tikildi

Aktual

28 İyun 2020, 11:54

Meksikanın “Zaqs” memarlıq studiyası böyük diametrli drenaj borularından təkrar istifadənin maraqlı həllini tapıb.

 

Modern.az “Arxinovosti”yə istinadla xəbər verir ki, hazırda “TuboHotel” kompleksinin əsasını təşkil edən bu borulardan otel nömrəsi kimi istifadə olunur.

 

Mütəxəssislərin qənaətinə görə, uzunluğu 3,5 metr, diametri 2,44 metr olan belə qeyri-standart otellərdə qalmaq çox maraqlıdır.

 

Hər belə nömrədə çarpayı və masa yerləşdirilib. Oteldə bir gecəlik qalmaq 40 ABŞ dollarıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?