Modern.az

Kanadada pişiklər üçün kafe açıldı

Kanadada pişiklər üçün kafe açıldı

Aktual

28 İyun 2020, 12:48

Kanadanın Toronto şəhərində pişik sevərlərin arzuları reallaşıb. Belə ki, ölkənin bəzi şəhərində olduğu kimi, Torontoda da pişiklər üçün “TOT” kafesi açılıb.

 

Modern.az Kanadanın cbc.ca xəbər saytına istinadla xəbər verir ki, kafenin işçi qrupu bazar günü axşam açılış münasibətilə təmtəraqlı tədbir təşkil edəcək.

 

“TOT” kafesi həftə içi hər gün saat 10-dan axşam 8-dək işləyəcək. Kafedə pişiyinin menyusuna görə sahibi 8 ABŞ dolları ödəməlidir.

 

Pişiklər üçün nəzərdə tutulmuş obyekt adi kafe kimi də fəaliyyət göstərəcək. “TOT” kafesinin yaxın zamanlarda Kanadanın digər şəhərlərində də açılacağı bildirilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?