Bakı Dövlət Universitetinin Fizika fakültəsinin müəllimi Naqif Nəbiyev vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkədə mərhumun tanışları məlumat yayıb.
Məlumata görə, N.Nəbiyev 60 yaşında koronavirus infeksiyasından dünyasını dəyişib.
Qeyd edək ki, N.Nəbiyev BDU-nun Nanomaterialların kimyəvi fizikası kafedrasının müəllimi olub.