Modern.az

Müdafiə Nazirliyi məlumat yaydı - Hazırda Tovuz istiqamətdə döyüş gedir

Müdafiə Nazirliyi məlumat yaydı - Hazırda Tovuz istiqamətdə döyüş gedir

Aktual

16 İyul 2020, 08:15

İyulun 16-da səhər saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenidən hücum cəhdi olub.

 

Müdafiə Nazirliyindən Modern.az-a verilən məlumata görə, eyni zamanda rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub. Mülki əhali arasında xəsarət alan yoxdur.

 

Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 

İctimaiyyətə əlavə məlumat veriləcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?