Modern.az

“Rusiya döyüşlərin dayandırılması üçün bir sıra addımlar atıb” - Lavrov

“Rusiya döyüşlərin dayandırılması üçün bir sıra addımlar atıb” - Lavrov

Aktual

17 İyul 2020, 20:05

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyanla Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə edib.

 

Modern.az bildirir ki, bu barədə “Sputnik Ermənistan” xəbər verib.

 

Görüş zamanı sərhəddə vəziyyətin gərginləşməsi ilə bağlı məsələlər müzakirə olunub.

 

S. V. Lavrov əmin edib ki, Rusiya regionda sülh və təhlükəsizliyə maraq göstərən ölkə kimi artıq Ermənistan-Azərbaycan sərhədində döyüş əməliyyatların dayandırılması və vəziyyətin sabitləşdirilməsi istiqamətində bir sıra addımlar atıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?