Modern.az

Jurnalist Müdafiə Nazirliyinə MÜRACİƏT ETDİ: “Yardımçı ola bilərəm

Jurnalist Müdafiə Nazirliyinə MÜRACİƏT ETDİ: “Yardımçı ola bilərəm”

Aktual

20 İyul 2020, 12:10

Jurnalist İlqar Rəsul Müdafiə Nazirliyinə müraciət edib. Modern.az-ın məlumatına görə, müraciətdə deyilir:

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət.
Dəyərli Silahlı Qüvvələrimizin rəhbərliyi, əgər, ehtiyac varsa (hesab edirəm ki, var), mən Müdafiə Nazirliyi ilə Mətbuatın münasibətlərinin tənzimlənməsində, qarşılıqlı əməkdaşlığın daha effektiv müstəviyə keçirilməsində yardımçı ola bilərəm.

Bundan ötrü mənə xüsusi vaxt ayırmağınıza, ayrıca görüşməyinizə də ehtiyac yoxdur. Qısa şəkildə, konkret bəndlərdən ibarət (cəmi bir komp.vərəqi) konsepsiya yazıb, istənilən elektron ünvana göndərə bilərəm.

Son günlər Nazirlikdən verilən açıqlamalar və mətbuatın həmin açıqlamarla davranışından bu qənaətə gəlmək olur ki, indi belə bir tənzimləməyə ciddi ehtiyac var.

XÜSUSİ QEYD:
Bu, Millət və Məmləkət adına olan təşəbbüsdür. Hər hansı şəkildə ( təltif, təşəkkür və ya qonorar) qarşılığının ödənilməsi mənim tərəfimdən qəbuledilməzdir.

Allah Dövlətimizə və Ordumuza kömək olsun!”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?