Ölkədə keçirilən yas mərasimləri qeyri-qanunidir.
Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov qarşıdakı günlərdə yoluxma sayının artma ehtimalına münasibət bildirərkən deyib.
O bildirib ki, bu gün şəhidlərimizin vida mərasiminə, dəfn mərasiminə gələn insanlar çoxdur:
“Biz onları başa düşürük. Heç bir halda biz buna mane ola bilmərik. Allah şəhidlərimizə rəhmət eləsin. Lakin, xahişimiz budur ki, sosial məsafəyə riayət olunsun. Mərasimlərdə mümkün qədər az insan iştirak etsin. Digər şəxslərin isə yaxınlarına yas mərasimi keçirməsi, çoxsaylı insanların bir yerə toplaşması qeyri-qanunidir. Bu addımlara yol verilməməsini tövsiyə edirik”.
Ş.Mövsqmov qeyd edib ki, Azərbaycanda çox sayda insanların iştirakı ilə keçirilən yas mərasimləri var:
"Pandemiya dövründə vəfat etmiş insanlara böyük yas mərasimlərinin keçirilməsi düzgün deyil, bu gün pandemiya şəraitində yaşayırıq. Dünyada koronavirusa ən çox kişilər yoluxur, ancaq Azərbaycanda əsasən qadınlar çox yoluxur və onlar da əsasən yas mərasimlərində yoluxurlar”.