Modern.az

Qazaxıstan vətəndaşlarının NƏZƏRİNƏ: Bakı-Almatı reysi həyata keçiriləcək

Qazaxıstan vətəndaşlarının NƏZƏRİNƏ: Bakı-Almatı reysi həyata keçiriləcək

Aktual

20 İyul 2020, 21:59

Bakıdan Qazaxıstanın Almatı şəhərinə çarter reysi planlaşdırılır.

Modern.az Qazaxıstanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, Bakı-Almatı reysi iyulun 24-ü cümə gününə planlaşdırılır. Təyyarə bilerinin 250 ABŞ dolları dəyərinə olacağı açıqlanıb.

 

Səfirlik Azərbaycandakı Qazaxıstan vətəndaşlarına, ölkədə yaşayış hüquq olan xarici ölkə vətəndaşlarına və Qazaxıstan vətəndaşının ailə üzvü olan şəxslərə (qohumluq əlaqəsini sübut etmək şərti ilə) Bakıdakı səfirliyə müraciət etməyə çağırır.

 

Qazaxıstan vətəndaşları TƏBİB-in lisenziyasını almış yerli klinikalarda koronavirus testi verməlidir. Bu klinikalar Bülbül küçəsi 40 ünvanındakı İnci klinikasında, Mirzəbala Məmmədzadə küçəsindəki Referans klinikasında, Qara Qarayev küçəsi 38a-da yerləşən Memorial klinikasında verə bilərlər.

Testlərun neqativ nəticəsi uçuşdan 48 saatdan gec olmadan verilməlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?