Modern.az

Bu gün koronavirusla əlaqədar bu sayda test aparıldı

Bu gün koronavirusla əlaqədar bu sayda test aparıldı

23 İyul 2020, 23:26

İyulun 23-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8829 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 658 min 782-yə çatıb.

 

Bu barədə Modern.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

 

Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 7615-ə bərabərdir. Xəstələrdən 330 nəfəri reanimasiyadadır ki, onlardan da 66-sı süni tənəffüs cihazına qoşulub.

 

Xatırladaq ki, iyulun 23-də Azərbaycanda koronavirus infeksiyasına daha 347 yoluxma faktı qeydə alınıb, 531 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış altı nəfər vəfat edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?