Modern.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, İsrail parlamentinin iyunun 12-də keçirilən iclasında dqondarma “erməni soyqırımı” məsələsi müzakirəyə çıxarılacaq.
İsrail Knessetinin spikeri Reuven Rivlin çıxışında “erməni soyqırımı”nın İsrail parlamentində müzakirə olunacağını təsdiq edərək bunu müsbət qiymətləndirib.
Qeyd edilib ki, İsrailin bu addımı atmasının əsas səbəbi doqquz türkün öldürüldüyü "Mavi Mərmərə" basqını ilə əlaqədar dörd israilli hərbçi haqqında Türkiyədə ömürlük həbs tələbiylə iddia açılmasıdır.
Anar RÜSTƏMOV