Modern.az

Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 27-yə endi - FOTO

Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 27-yə endi - FOTO

18 Avqust 2020, 21:37

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 18-nə olan statistik göstəriciləri açıqlayıb.

Modern.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 361 test edildiyi bildirilib.


Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 843 269  test aparılıb. İndiyədək   509  nəfər COVID-19-dan dünyasını dəyişib, 32 201 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1 764 nəfərdir. Hazırda 195  nəfər reanimasiyada müalicə alır. 27 nəfər isə süni tənəffüs cihazına qoşulub.


Qeyd edək ki, bu gün Azərbaycanda 131  yoluxma, 159 sağalma faktı qeydə alınıb, 1 nəfər dünyasını dəyişib.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?