Modern.az

“Internet Explorer” gələn il fəaliyyətini dayandırır

“Internet Explorer” gələn il fəaliyyətini dayandırır

20 Avqust 2020, 10:37

“Microsoft” şirkəti “Internet Explorer” brauzerinin fəaliyyətini 2021-ci il avqustun 11-də tamamilə ləğv edəcəyini açıqlayıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, şirkət bundan sonra bütün diqqətini digər brauzeri “Edge”nin inkişafına yönəldəcək.

 

Xatırladaq ki, "Microsoft" uzun müddətdir ki, “Internet Explorer”in fəaliyyətinə son qoymağa çalışır. Bu çərçivədə 2015-ci ildə digər brauzer “Edge”ni istifadəyə verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur