Modern.az

Rəqib Baş məşqçi \"Qarabağ\"ın bu futbolçusunu fərqləndirdi

Rəqib Baş məşqçi \

26 Avqust 2020, 23:20

"Qarabağ"ı təbrik edirəm. Onların qrupa düşməsini arzulayıram. Buraxılan səhvdən sonra penalti oldu, daha sonra qırmızı vərəqə aldıq".

Modern.az xəbər verir ki, bunu Moldova "Şerif"inin baş məşqçisi Zoran Zekiç UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransında deyib.

46 yaşlı mütəxəssis bildirib ki, "Qarabağ"ın güclü futbolçuları var: "İlk hissənin əvvəlində bərabər oyun gedirdi. Penalti epizodundan sonra üstünlük rəqibin tərəfinə keçdi. "Qarabağ" meydanda daha yaxşı olan tərəf idi".

Zekiç komandasının antifutbol oynaması fikrinə münasibət bildirib: "Mən də hücum futbolu oynamaq istərdim. Amma öz oyunumuzu antifutbol saymıram".

Baş məşqçi qırmızı vərəqə alan futbolçu Anatol Abanqa cəza verib-verməyəcəyi barədə hələ düşünmədiyini deyib.

Təcrübəli mütəxəssis növbəti dəfə Qara Qarayevi fərqləndirib: "Meydanın mərkəzində çox fəaldır. Topları yaxşı qəbul edir və hücuma qoşulur. O, nəinki "Qarabağ"ın, hətta Azərbaycanın ən yaxşı futbolçusudur". (Report)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?