Modern.az

Azərbaycanda 100 nəfərə 110 mobil telefon, 20 kompüter düşür

Azərbaycanda 100 nəfərə 110 mobil telefon, 20 kompüter düşür

Təhsil

18 İyul 2012, 09:31

İyulun 17-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) 2012-ci ilin birinci yarım ilinin yekunlarına dair kollegiya iclası keçirilib.
Modern.az-ın məlumatına görə, kollegiya iclasında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ötən dövr ərzində İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 19,0 % artdığını və bunun ölkənin iqtisadi sektorunda ən yüksək artım olduğunu qeyd edib.

Sonra Aparat rəhbəri Vidadi Zeynalov 2012-ci ilin birinci yarım ilinin yekunlarına həsr olunmuş məruzə ilə çıxış edib.

Bildirib ki, respublika üzrə əhalinin hər 100 nəfərinə düşən telefon aparatlarının sayı 18,6 , hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110, hər 100 nəfərə düşən kompüterlərin sayı 20, hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 65 və hər 100 nəfərə düşən genişzolaqlı internet istifadəçilərinin sayı isə 30-dan artıqdır.
Daha sonra, məruzə ətrafında RİTN-in bir sıra birlik və müəssisə rəhbərlərinin çıxışları dinlənilib.
Kollegiyaya yekun vuran nazir ötən dövr ərzində həyata keçirilən işləri qənatbəxş hesab edərək Prezident İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq texnopark şəbəkəsinin yaradılması, elektron xidmətlərin həcminin genişləndirilməsi, genişzolaqlı internet xidmətlərinin ölkənin bütün ərazisində tətbiqinin qısa müddət ərzində başa çatdırılması, növbəti ilin yanvar - fevral aylarında ilk telekommunikasiya peykinin orbitə buraxılması, rəqəmli TV yayımı ilə bağlı işlərin sürətləndirilməsi, informasiya təhlükəsizliyinin qorunması, yerli özəl şirkətlərlə iş birliyinin gücləndirilməsi, 4G yeni nəsil xidmətlərinin mobil opretorlar tərəfindən tətbiqinin təmin edilməsi, rouminq tariflərinin endirilməsi üçün müvafiq işlərin görülməsi, “nömrə daşıma” sisteminin reallaşdırılması, poçt sahəsində yeni islahatların aparılması, nanotexnologiyalardan istifadə, innovativ sahibkarlığa kömək və yeni tipli məhsulların hazırlanaraq dünya bazarlarına çıxarılması, vətəndaşların ərizə və şikayətlərinin operativ cavablandırılması, xidmət mədəniyyətinin yüksəldilməsi, cari ilin ikinci yarısında keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlərə, xüsusilə BMT-nin təşkilatçılığı ilə İnternet İdarəçiliyi Forumunun Bakıda keçiriləcək toplantısına hazırlıq işlərinin yüksək səviyyədə aparılması və digər mühüm əhəmiyyət kəsb edən məsələlərin icrası ilə bağlı müvafiq tapşırıqlar verib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI