Azərbaycan Ordusu hərbi təyyarə və helikopterlərin iştirakı ilə Vətən müharibəsində qələbəyə həsr olunan hərbi paradın hazırlıqlarını davam etdirir.

 

Modern.az xəbər verir ki, dekabrın 8-də Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə və helikopterlərin Bakı səmasında hazırlıq uçuşları həyata keçirilib. Eyni zamanda, hərbi parada şəxsi heyətin hazırlığı ilə əlaqədar məşqləri davam etdirilir.

 

Qeyd edək ki, dekabrın 10-da Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad keçiriləcək.