Modern.az

Hər kəs ayırdığı pulun hara xərcləndiyini izləyə bilər

Hər kəs ayırdığı pulun hara xərcləndiyini izləyə bilər

8 Dekabr 2020, 12:35

“YAŞAT” Fondu vasitəsilə toplanan vəsaitin xərclənməsi tam şəffaf şəkildə həyata keçiriləcək.

 

Modern.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında fərmanı ilə bağlı keçirilən onlayn mətbuat konfransında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

 

Ü.Mehdiyev qeyd edib ki, elektron platforma elə qurulub ki, 50 milyonluq azərbaycanlının hər biri bu platforma vasitəsilə prosesləri izləyə biləcək.

 

Qurum rəsmisi deyib ki, kimisə Fonda yatırım etməyə məcbur etmək olmaz:

 

“Bizim əlimizdə konkret olaraq, siyahılar, həmin şəxslərin ünvanları var. Sabahdan etibarən həmin ünvanların könüllülər olaraq, gedəcəyik. Ehtiyaclı ailələrin harasa müraciət etməyinə ehtiyac yoxdur. Sadəcə istəyimiz budur ki, səbrli olsunlar, biz onların yanına gedəcəyik. Bu, bizim həmin şəhid ailələri və yaralıların qarşısında borcumuzdur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI