Modern.az

Prezidentin köməkçisi: Səhiyyə sistemi həddən artıq yüklənib

Prezidentin köməkçisi: Səhiyyə sistemi həddən artıq yüklənib

8 Dekabr 2020, 15:27

Peyvənd tapılmayana qədər bu proses davam edəcək.

Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov Operativ Qərargahın brifinqində bildirib.

Ş.Mövsümov qeyd edib ki, ona görə də bəziyyətdən şəxış yolu qapanmadır:

"Vaksinlərlə bağlı bütün prpsesləri izləyirik və lazımi danışıqlar aparırıq. Amma peyvəndin tamamilə təhlükəsiz olmasını demək doğru deyil. Ənənəvi, hamı üçün əlçatan peyvəndlərin olmaması üçün uzun zaman lazımdır".

O həmçinin deyib ki, hazırda Böyük Britaniya və Türkiyə peyvəndləməyə başlayır.

Prezidentin köməkçisi əlavə edib ki, hazırda səhiyyə sistemi həddən artıq yüklənib:

"Sosial şəbəkələrdən də bəzən təcili yardımın gecikməsi, yaxud xəstənin yerləşdirilməsilə bağlı narazılıqlarən olduğunu müşahidə edirik. Bu səbəbdən də qapanmaya gedilir".


“Təəssüf ki, bəzən insanlar özbaşına müalicəyə başlayır, vəziyyət ağırlaşanda, yəni reanimasiyalıq olanda həkimə müraciət edirlər, - Şahmar Mövsümov bildirib.


O qeyd edib ki, insanların dövlət hesabına müalicənin mümkün olduğu bir vaxtda, bu cür özbaşına müalicəyə üz tutması qəbuledilən deyil.


Prezidentin köməkçisi deyib ki, Azərbaycanda tətbiq ediləcək məhdudiyyətlərin iqtisadi fəallığa təsiri nəzərə alınaraq əvvəlki sərtləşdirilmiş karantin rejimi zamanı müəyyən edilmiş ehtiyacı olan təqribən 600 min nəfərə 190 manat birdəfəlik maddi yardım göstəriləcək.

Ş.Mövsümov eyni zamanda əlavə edib ki, zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara yardım edilməsi nəzərdə tutulur.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI