Modern.az

14 obyektdə epidemiya əleyhinə rejim pozulub

14 obyektdə epidemiya əleyhinə rejim pozulub

8 Dekabr 2020, 19:04

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl olunmasına nəzarət tədbirlərini davam etdirir.

 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, monitorinqlər zamanı ümumilikdə 390 obyektin 14-də epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena tələblərinin pozulduğu müəyyən edilib.

 

Nöqsanlara yol vermiş sahibkarlıq subyektləri barədə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI