Prezident İlham Əliyev “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 noyabr tarixli 192-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2005-ci il 1 mart tarixli 203 nömrəli, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanlarında və 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Modern.az-ın məlumatına görə, fərmanda deyilir.
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 noyabr tarixli 192-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:
1.1. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.4-cü və 29.0.21-ci maddələrinə uyğun olaraq, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması qaydalarını iki ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;
1.2. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 noyabr tarixli 192-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2.1. 8.27-ci bənddə “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını)” sözləri “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını” sözləri ilə əvəz edilsin;
2.2. 8.28-ci bənd aşağıdakı redaksiyada verilsin:
“8.28. xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədlər verir;”.
3.1. 1.23-cü bənddə “29.0.21-ci” sözləri “29.0.20-ci” sözləri ilə əvəz edilsin;
3.2. 2.2-ci bənddə “xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” sözləri “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” sözləri ilə əvəz edilsin;
3.3. 2.3-cü bənddə “(xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınmasının və ekvivalentliyinin müəyyən edilməsinin (nostrifikasiyasının)” sözləri “xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasının” sözləri ilə əvəz edilsin.
4.1. 1.1-ci bənddə “təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin” sözləri “təhsilə aid kvalifikasiyalarının” sözləri ilə əvəz edilsin;
4.2. 2.2.2-ci yarımbənddə “təhsil sahəsində ixtisaslarının tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini (nostrifikasiyasını)” sözləri “təhsilə aid kvalifikasiyalarının tanınmasını” sözləri ilə əvəz edilsin;
4.3. 3.1.4-cü və 3.2.16-cı yarımbəndlərdə “təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası)” sözləri “təhsilə aid kvalifikasiyalarının tanınması” sözləri ilə əvəz edilsin.”