Modern.az

Ermənistan Amin Musayevlə Bayram Kərimovu da AZAD EDİB?..

Ermənistan Amin Musayevlə Bayram Kərimovu da AZAD EDİB?..

14 Dekabr 2020, 19:11

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaydığı məlumata görə, azərbaycanlı əsirlər və girovlar Azərbaycana qaytarılıb.

 

Girovlardan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Vətənə qaytarılması rəsmi təsdiqlənsə də, əsirlərin adı, soyadı, kimliyi, neçə nəfər olduqları açıqlanmayıb.

 

27 sentyabrdan başlayan müharibədən sonra yaralanaraq, əsir düşən Amin Musayevin xalası Rəna Əmiraslanova Modern.az-a hələlik məsələ ilə bağlı məlumatsız olduğunu deyib:

 

"Kaş doğru olsun. Əsirlərimizin hamısı, Aminimiz də geri qayıtsın. Amma rəsmilərdən bizə hər hansı məlumat verilməyib".

 

Aminin anası Hicran Sadıqovanın səhhətinə gəlincə, bacısı onun nisbətən yaxşılaşdığını deyib:

 

"Çox güclü iynə-dərmanlar qəbul edir. İnşallah balası gələr, daha da yaxşı olar".

 

Aminlə eyni aqibəti yaşayan hərbi əsir Bayram Kərimovun yaxını da saytımıza yeni məlumat almadıqlarını deyib.

 

Qeyd edək ki, Vətən müharibəsində yaralanaraq, əsir düşən Amin Musayevin anası Hicran Sadıqova hadisədən sonra insult keçirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?